""Omikron"dan sonra formalaşan immunitet digər ştamlardan qorunmayacaq"

Dünya

28.01.2022 - 03:26

Həkimlər Klinikalar SEO Xidməti

Tatyana Rujentsova: "Çoxlu sayda mutasiya virusun sürətlə yayılmasına səbəb olub"

“"Omikron"dan sonra orqanizmdə formalaşan immunitet, çox güman ki, koronavirusun digər ştamlarından qorunmayacaq”.

AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun direktor müavini Tatyana Rujentsova deyib.

Mütəxəssisin sözlərinə görə, çoxlu sayda mutasiya virusun sürətlə yayılmasına səbəb olub. Bu baxımdan "omikron"a qarşı immunitetin digər ştamlara qarşı çıxacağını düşünmək olmaz.

Ekspert insanların özlərini yalnız peyvənd və revaksinasiya vasitəsilə qorunmalarını tövsiyə edib.

O, əlavə edib ki, Rusiyada mövcud koronavirus dalğası uzun sürməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş