Ombudsman Rusiyaya qanunsuz aparılmış ukraynalıların sayını açıqlayıb

Dünya

10.05.2022 - 00:56

200 mindən çox uşaq qanunsuz olaraq Rusiyaya aparılıb

1 milyondan çox Ukrayna vətəndaşı qanunsuz olaraq Rusiya Federasiyası ərazisinə aparılıb. AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının insan hüquqları üzrə səlahiyyətli nümayəndəsi Lyudmila Denisova Kiyevdə keçirdiyi brifinqdə bildirib. 

“1 milyon 185 mindən çox vətəndaşımız, o cümlədən 200 mindən çox uşaq qanunsuz olaraq Rusiya Federasiyasının ərazisinə aparılıb”, - deyə o, brifinqdə deyib.

Müəllif: Ayna.az