Ölkəmizi Budapeştdəki olimpiadada təmsil edəcək şahmatçılar bəlli olub

İdman

08.07.2024 - 04:48

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycanı kişilərdə 6, qadınlarda 5 şahmatçı təmsil edəcək

Budapeştdə keçiriləcək Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan təmsilçiləri müəyyənləşib. AYNA xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.

Bildirib ki, yarışda ölkəmizi kişilərdə 6, qadınlarda isə 5 şahmatçı təmsil edəcək: “Kişilərdə Teymur Rəcəbovun iştirakı yenilik olacaq. O, həmçinin komandanın kapitanı kimi çıxış edəcək. Kollektivdə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Nicat Abbasov, Məhəməd Muradlı və Aydın Süleymanlı da yer alacaq. Qadınlarda isə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədzadə medallar uğrunda mübarizə aparacaqlar.

Qeyd edək ki, Şahmat Olimpiadası sentyabrın 10-dan 23-dək davam edəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş