Ölkədə 627 müəllim güzəştli ipoteka hüququndan yararlanıb

Xəbərlər

04.03.2022 - 11:24

Həkimlər Klinikalar SEO Xidməti

Təhsil Nazirliyi məlumat yayıb

2020-ci il üzrə 197, 2021-ci il üzrə isə 430 nəfər olmaqla, ümumilikdə 627 müəllim güzəştli ipoteka əldə etmək hüququndan yararlanıb. AYNA bildirir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nda 2020-ci il 7 may tarixində edilmiş dəyişikliklərə əsasən, gənc ailənin üzvü olan və azı 3 il ümumi təhsil müəssisəsində müəllim işləyən, eləcə də gənc ailə kateqoriyasına daxil olmayan və 15 il dövlət ümumi təhsil müəssisəsində işləyən şəxslərə güzəştli ipoteka almaq hüququ verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş