Oğuzda yol qəzası: yaralılar var

Xəbərlər

31.08.2022 - 03:18

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb

Oğuz rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. AYNA-nın “Qafqazinfo”ya istinadən  məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Mollalı kənd ərazisində baş verib.

Hərəkətdə olan “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.

Hadisə zamanı avtomobildə olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq,  biri Oğuz Rayon Mərkəzi Xəstəxanasına, digəri isə ağır olduğu üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına catdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş