Oğuzda sel Xalxal kəndinə ziyan vurub

Xəbərlər

01.06.2023 - 23:29

Meyvə ağaclarına və həyətyanı təsərrüfatlara ziyan dəyib

Oğuzda sel Xalxal kəndinə ziyan vurub. AYNA-nın "Report"a istinadən məlumatına görə, axşam saatlarında Xalxal kəndinə əvvəlcə güclü dolu, sonra leysan yağış yağıb. Kəndin mərkəzindən keçən Xalxal çayının daşması nəticəsində avtomobil yoluna və yaşayış evlərinin həyətinə su dolub. Nəticədə bəzi evlərin həyətlərindəki toyuq-cücə tələf olub.

Dolu meyvə ağaclarına və həyətyanı təsərrüfatlara da ziyan vurub.

Hazırda rayonda leysan yağış davam edir.

Müəllif: Ayna.az