Odessada yaşayış binaları raketlə vurulub

Dünya

18.11.2024 - 17:08

Həkimlər Klinikalar SEO Xidməti

8 nəfər ölüb, 18 nəfər yaralanıb

Noyabrın 18-də rus qoşunları Odessada yaşayış binalarına raket zərbələri endirib. Nəticədə ölən və yaralananlar olub. AYNA xəbər verir ki, bu barədə Odessanın rəhbəri Oleq Kiper bildirib.

Onun sözlərinə görə, mülki infrastruktura, o cümlədən yaşayış binalarına ziyan dəyib.

“Rusların hücumu nəticəsində ilkin məlumata görə, 8 nəfər ölüb, 18 nəfər yaralanıb. Ölənlər arasında bir uşaq da var. Dörd nəfərin vəziyyəti ağırdır”, - deyə Kiper qeyd edib.

Xatırladaq ki, noyabrın 17-də Rusiya hərbçiləri pilotsuz təyyarələr və raketlərdən istifadə etməklə Ukraynaya kütləvi hava hücumu həyata keçirib. Odessa vilayətində isə hücum nəticəsində iki nəfər ölüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş