Ödəmə terminalından 29 min manat oğurlanıb

Hadisə

07.03.2023 - 13:27

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakının Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib.

Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov müəyyən edilərək saxlanılıb. Qeyd edilən faktla bağlı araşdırmalar davam etdirilir.

Rəşad Süleymanovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Xidməti Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Müəllif: Ayna.az