O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - FOTOLAR

Cəmiyyət

19.03.2024 - 17:54

Diqqət, təhlükə var: ilk addımı günahsız olanlar atsın

Tovuz rayonunun Ağbaşlar kəndində yerləşən körpü qəzalı vəziyyətdədir. İstənilən an körpüdən keçən şəxs çaya düşə bilər. 32 il qabaq kustar üsulla hazırlanan körpü artıq istismar müddətini başa vurub. Piyadaların keçmələri üçün hazırlanan məhəcərlər də artıq tutulmaz hala gəlib. Çayın qarşı tərəfində qalan 40-a yaxın ailə hər gün min bir çətinliklə bu körpüdən keçməyə məcburdur.

AYNA-ya danışan kənd sakini Nadir Məhərrəmovun sözlərinə görə, çayın suyu artanda onların dünya ilə əlaqələri kəsilir: “Körpü 1992-ci ildə xeyriyyə məqsədli, ehsan olaraq tikilib. Bu tayda yaşayan bir ailənin qohumları körpü saldırıb, veriblər camaatın istifadəsinə. İldən-ilə dəmirlər keyfiyyətini itirib, sel bir neçə dəfə yuyub aparıb, axırda bu vəziyyətə düşüb. İndi nə bu körpünü salanın, nə də camaatın imkanı var ki, onu bərpa edib yararlı vəziyyətə gətirsin”.

“Kəndin yarısı o taydadır, yarısı bu tayda. Yağışlar başladısa, qar yağdısa, bizim dünya ilə əlaqəmiz kəsilir. Qışda həmişə buz olur üstü. Dəfələrlə adamlar yıxılıb. Hər gün uşaqları özümüz aparıb-gətiririk. Tək buraxmağa ürək eləmirik. İstəyirik, bizə də bir köməklik göstərilsin, körpü bərpa edilsin ki, bundan sonra qalan ömrümüzü rahat yaşaya bilək”, - deyə həmsöhbətimiz bildirir.

Digər sakin Dilman Əsgərov söyləyir ki, xəstələri olanda təcili yardım avtomobilləri körpüdən adlaya bilmir: “Bizimlə onsuz da Tovuzdan maraqlanan yoxdur. Yanğınsöndürəndir, təcili yardımdır - hamısı Gədəbəydən gəlir. Gələndə də körpünün bu tərəfindən o taya keçə bilmir. Məcburuq ki, özümüz gəlib həkimləri piyada aparaq, yaxud xəstəni əlimizlə gətirib maşına mindirək. Hər gün 20-dək uşaq, 3-4 müəllim gedib-gəlir bu körpünün üstü ilə məktəbə. Dəfələrlə olub müəllim yıxılıb, uşaqlar yıxılıb. Allah saxlayıb ki, çox ağır hadisə baş verməyib”.

Camaatın danışdığına görə, körpünün dirəklərini su yuyub. Hazırda sakinlərin öz vəsaitləri hesabına körpünü təmir etdirmək mümkün deyil.

“Göz qabağındadır hər şey. Camaatda vəsait yoxdur. Düzəltmək imkanları yoxdur. Üstünün döşəməsi qopanda, məhəccəri uçanda yenə 3-5 manatdan yığıb düzəltdiririk. Amma onun dirəklərini dəyişmək, yeniləmək sakinlərin imkanı xaricindədir. Bu iş dövlət səviyyəsində görülməlidir. Materialını versinlər, ustasını versinlər, özümüz yığılıb fəhləliyini də edərik, yetər ki, düzəltsinlər”, - Əsgərov deyir.

Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Mübariz Məmmədov AYNA-ya bildirib ki, məsələdən xəbərdardırlar: “Körpünün vəziyəti barədə xəbərimiz var. Bu səbəbdən onun bərpasını iki ildir regionların sosial iqtisadi inkişafı proqramına salınması üçün təqdim edirik. Bu il də tədbirlər planında göstərmişik. Yəqin ki, dövlət tədbirləri icra edildikcə bu körpünün də inşası, yaxud təmiri həyata keçiriləcək”.

O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam - O taydakı 40 “əsir” ailə: bəxtə Şah Abbas yaşam -
Müəllif: İlham Mustafa