Beş min səkkiz yüz doxsan yeddi şəhidin ruhuna and içirəm ki...

Cəmiyyət

23.07.2019 - 12:10

Tanrıdan arzu edirəm ki, Ağdamdan olan bacı-qardaşlarımın balaları Ağdamda özləri kimi şahlara layiq olan bağçalı-bağlı, axar-baxarlı həyatlarının davamını yaşasınlar

 

İlk dəfə Ağdam adını 2-ci sinifdə oxuyarkən, sinif yoldaşım Səyalıdan eşitmişdim. Bibisi Sayfsul xala Ağdamda ərdə idi. İki qızı var idi. Biri bizimlə yaşıd idi - Kəmalə.

 

Səhf etmirəmsə, 1988-ci ildə kəndə Novruz bayramına gəlmişdilər. Məktəbimizin həyətində də bayram tədbiri düzənlənmişdi. Mərhum Sehran müəllimim onları da gətirmişdi tədbirə. İndiki düşüncəm olsaydı, o qün düşünərdim ki, o qızlar Ağdamdan deyil, Norveçin, ya Kanadanın, ya da Finlandiyanın hansısa varlı şəhərindən gəliblər. Çox fərqli idilər.

Ayna.az