Azərbaycan paytaxtında “Təhlükədə Olan Ümumdünya İrsi” mövzusunda Beynəlxalq Forum keçirilir
İyunun 29-da Bakıda Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında, YUNESKO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “EkoSfera” Sosial-Ekoloji Mərkəzi (SEM) və “World Heritage Watch” beynəlxalq təşkilatının birgə təşkilatçılığı ilə “Təhlükədə olan ümumdünya irsi” mövzusunda qeyri-hökümət təşkilatlarının 7-ci beynəlxalq forumu keçirilir.
AYNA xəbər verir ki, Forum ilk dəfə olaraq Azərbaycanda təşkil edilib. Forumun keçirilməsi ilə “EkoSfera” SEM-in əsas missiyalarından biri Azərbaycanın təbii və mədəni irsinin mühafizəsində mövcud problemlər və imkanların üzə çıxarılmasıdır.
Ayna.az