Növbəti tədris ilində 10 nəfər Latviyada təhsil alacaq

Xəbərlər

19.07.2022 - 17:56

Həkimlər Klinikalar SEO Xidməti

Latviya hökumətinin təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır

Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığın nəticəsi olaraq, 2022-2023-cü tədris ili üzrə 10 nəfər Azərbaycan Respublikası vətəndaşı Latviyanın təqaüdünə layiq görülüb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, seçim barədə Latviya tərəfindən verilən yekun qərar nəticəsində müraciət edənlər, əsasən, Latviyanın Riqa Texniki, Latviya, Riqa Stradins universitetlərində müxtəlif ixtisaslar və səviyyələr üzrə təhsillərini davam etdirmək hüququ qazanıblar.

Qeyd edək ki, Latviya hökumətinin bu təqaüdünü qazanan 26 ölkə üzrə Azərbaycan ilk üçlükdə yer alır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş