Növbədənkənar seçkilərlə bağlı işçi və ekspert qrupu yaradılıb

Xəbərlər

29.06.2024 - 20:10

Həkimlər Klinikalar SEO Xidməti

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib

“Növbədənkənar parlament seçkisi ilə əlaqədar işçi və ekspert qrupu yaradılıb”. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu günkü iclasında qərar qəbul edilib.

Bununla yanaşı, növbədənkənar parlament seçkisində MSK nəzdində işçi qrupunun yaradılması və rəhbərinin təyin edilməsi barədə qərar qəbul edilib.

İşçi qrupunun rəhbəri MSK üzvü Etibar Quliyev təyin edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçki 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Müəllif: Ayna.az