Norveç ukraynalı pilotların hazırlanması üçün çağırış edib

Dünya

25.05.2023 - 09:35

Byorn Arild Qram: "Hökumət belə bir təşəbbüsü dəstəkləyir"

Norveç hökuməti ukraynalı pilotların “F-16” qırıcılarını idarə etmək üçün təlimə başlamalarının tərəfdarıdır və onların ölkə ərazisində təlim keçmək imkanlarını araşdırır.

AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Krallığın müdafiə naziri Byorn Arild Qram bildirib.

“Hökumət belə bir təşəbbüsü dəstəkləyir. Müttəfiqləri və tərəfdaşları ilə birlikdə Norveç indi ukraynalı pilotların hazırlanmasına hansı töhfə verə biləcəyini qiymətləndirir”, - deyə müdafiə naziri qeyd edib.

Xatırladaq ki, mayın 21-də ABŞ Prezidenti Co Bayden Xirosimada keçirilən G-7 sammitindən sonra mətbuat konfransında Qərbin “F-16” da daxil olmaqla dördüncü nəsil döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlimlər keçəcəyini bəyan edib. Eyni zamanda, ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib ki, Vaşinqton yaxın aylarda hansı dövlətlərin “F-16” təyyarələrini Kiyevə təhvil verməsini həmfikirlərlə müzakirə edəcək.

Müəllif: Ayna.az