Tələb yanvarın 26-dan etibarən qaldırılır
Norveç ölkəyə daxil olan turistlər üçün karantin öhdəliyini ləğv edib. AYNA xəbər verir ki, bu barədə ölkə hökuməti məlumat yayıb.
"Norveç Xalq Sağlamlığı İnstitutunun tövsiyəsi ilə hökumət ölkəyə girişdən sonrakı karantin tələbini qaldırır, çünki bu tədbir artıq zəruri hesab edilmir. Tələb yanvarın 26-dan etibarən qaldırılacaq", - bəyanatda deyilir.
Əvvəllər Norveçə daxil olan, ölkədə təsdiqlənmiş peyvəndlərlə və ya koronavirusla bağlı tam peyvənd sertifikatı olmayanlar üçün karantin elan edilmişdi.