Niderlanddan gətirilən bibər toxumlarında virus aşkarlanıb

Xəbərlər

11.05.2022 - 15:46

Həkimlər Klinikalar SEO Xidməti

Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb

Niderland Krallığından ölkəmizə idxal olunan, “Monsanto Hollan BV” şirkətinə məxsus bibər toxumuna keçirilən baxış zamanı götürülən nümunələrin Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasında aparılan müayinələri nəticəsində məhsul partiyasında qonur qırışıqlıq virusu (“Tomato brown rugose fruit virus”) aşkar edilib.

AQTA-dan AYNA-ya verilən məlumatda bildirilib ki, faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. 14.9 kq bibər toxumunun satış şəbəkəsinə daxil olunmasının qarşısı alınıb və məhsul məhv edilib.

Həmçinin bu barədə istehsalçı ölkənin müvafiq qurumuna bildiriş göndərilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş