Serbiyalı məşqçi Radomir Antiç vəfat edib

Serbiyalı məşqçi Radomir Antiç vəfat edib

Radomir Antiç İspaniyanın 3 böyük komandasına müxtəlif vaxtlarda rəhbərlik etmiş yeganə mütəxəssisdir

 

İspaniyanın “Atletiko”, “Real” və “Barselona” klublarının sabiq baş məşqçisi Radomir Antiç ölüb.

 

AYNA-nın məlumatına görə, serbiyalı mütəxəssis 72 yaşında vəfat edib.

 

Futbolçu kimi Yuqoslaviyada milli komanda, həmçinin “Sloboda” və “Partizan”da çıxış etmiş Antiç Türkiyədə “Fənərbaxça”, İspaniyada “Saraqosa”, İngiltərədə “Luton” klubunda legioner həyatı yaşayıb. Məşqçi karyerasına “Partizan”da köməkçi kimi başlayan mütəxəssis “Saraqosa”, “Real”, “Ovyedo”, “Atletiko”, “Barselona” və “Selta”ya rəhbərlik edib. 2008-10-cu illərdə Serbiya yığmasını çalışdıran Antiçin son iş yeri 2012-13-cü illərdə işlədiyi Çinin “Şandun Lunen” klubu olub.

 

Qeyd edək ki, serbiyalı 1995/96 mövsümündə “Atletiko” ilə İspaniya çempionu və kubokunun qalibi olub.

Müəllif: Ayna.az      7 Aprel 2020 03:18
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin