İsrailin Baş naziri Şeba xəstəxanasında bir sıra testlərdən keçib
İsrailin Baş naziri Benyamin Netanyahu bir gün əvvəl yatırıldığı Təl-Əvivin ətrafında yerləşən Şeba xəstəxanasından evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə “Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, Baş nazir tibb müəssisəsində bir sıra testlərdən keçib, bütün nəticələr normaldır.
Qeyd olunub ki, Netanyahu hazırda özünü yaxşı hiss edir.
Bundan əvvəl İsrailin Baş nazirinin ürəyinə aritmiya monitorinqi aparatının quraşdırıldığı bildirilirdi.
Qeyd edək ki, iyulun 15-də Baş nazir sinə ağrısı şikayətləri ilə təcili yardım vasitəsilə xəstəxanaya çatdırılıb.