Netanyahu xəstəxanadan buraxılıb

Dünya

03.01.2025 - 09:03

Həkimlər Klinikalar SEO Xidməti

Əməliyyat ümumi anesteziya altında aparılıb və fəsadsız keçib

Prostatdan cərrahiyyə əməliyyatı keçirən İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatdan sonrakı müalicə prosesi başa çatıb və xəstəxanadan buraxılıb. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə hökumət başçısının aparatı məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu xəstəxanadan buraxılıb”, - məlumatda deyilir.

Dekabrın 29-da axşam saatlarında Netanyahunun ofisi elan edib ki, Baş nazirin prostat vəzinin çıxarılması əməliyyatı uğurla keçib və bu əməliyyat həkimlər onun prostat vəzinin xoşxassəli hiperplaziyası olduğunu aşkar etdikdən sonra həyata keçirilib. Əməliyyat ümumi anesteziya altında aparılıb və fəsadsız keçib. Baş nazirin olmadığı müddətdə onun səlahiyyətləri ədliyyə naziri Yariv Levinə həvalə edilib.

Əməliyyatdan sonra həkimlər Netanyahunun sağalması üçün xəstəxanada bir neçə gün qalmasını tövsiyə ediblər, lakin dekabrın 31-də Baş nazir büdcə ilə bağlı qanun layihəsi ilə bağlı Knessetdə (parlament) vacib səsvermədə iştirak etmək üçün qısa müddətə xəstəxananı tərk edib. Səsvermədən əvvəl hakim koalisiya sənədi dəstəkləməkdən imtina edən bir sıra ultra-pravoslav və ifrat sağçı deputatların mövqeləri ilə bağlı parçalanma ərəfəsində idi. Yalnız son anda iclasa gələn Netanyahunun iştirakı layihənin bir səs fərqi ilə təsdiqlənməsinə imkan verib. Bundan sonra Baş nazir xəstəxanaya qayıdıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş