Netanyahu sabah ABŞ-a səfər edəcək

Dünya

25.09.2024 - 14:36

cedabet dərman SEO Xidməti

İsrailin Baş nazirinin BMT Baş Assambleyasında çıxışı olacaq

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 79-cu sessiyasında iştirak etmək üçün sentyabrın 26-dan 28-dək ABŞ-a səfər edəcək. Səfər Livandakı Hizbullah hərəkatı ilə qarşıdurmanın artmasına baxmayaraq baş tutacaq.

AYNA xəbər verir ki, İsrail mediasının məlumatına görə, bu barədə Baş nazirin ofisi məlumat yayıb.

“Baş nazir Netanyahu bu gecə deyil, sabah (cümə axşamı) BMT-də çıxış edəcək və şənbə gününün sonunda qayıdacaq. Baş nazir gün ərzində Livana hücumların davam etdirilməsini müzakirə etmək üçün təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələr aparacaq”, - deyə məlumatda bildirilib.

Münaqişənin kəskinləşməsi ilə əlaqədar onun səfər müddəti iki gün azaldılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş