Nepalda göyərtəsində 22 sərnişin olan təyyarə qəzaya uğrayıb

Hadisə

29.05.2022 - 15:28

Təyyarənin qəzaya uğradığı ehtimal edilən yerə vertolyot göndərilib

Nepalda göyərtəsində 22 nəfər sərnişin təyyarə qəzaya uğrayıb. AYNA-nın xəbərinə görə, bu barədə “Kathmandu Post” qəzeti məlumat yayıb. Təyyarə Pokxara aeroportundan saat 9:55-də havaya qalxıb, saat 10:07-də təyyarə ilə əlaqə itib.

Təyyarənin qəzaya uğradığı ehtimal edilən yerə vertolyot göndərilib, ancaq pis hava şəraiti ilə əlaqədar xilasetmə əməliyyatı dayandırılıb.

Təyyarədə 3 heyət üzvü, 16 nepallı, 4 hindistanlı, 2 almaniyalı olub.

Müəllif: Ayna.az