İlkin siyahıda 291 xarici vətəndaş və 93 Nepal vətəndaşı var
Nepal hakimiyyəti Nepalın şimalında baş verən ani daşqınlarda itkin düşən böyük bir xarici turist qrupu ilə əlaqə saxlaya bilmir. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə Himalay Respublikasının Turizm Şurasından məlumat verilib.
Şuradan bildirilib ki, “ilkin siyahıda 291 xarici vətəndaş və 93 Nepal vətəndaşı var, lakin onların harada olduğu və təhlükəsizliyi barədə məlumatlar hazırda dəqiqləşdirilir". Onlardan ən azı 105-nin Hindistan vətəndaşı olduğu qeyd edilib.
Səyahət agentliyinin nümayəndəsi Kumar Adhikarinin sözlərinə görə, bu turistlər bir çox Şərq dinləri üçün müqəddəs yer olan Kailaş dağını ziyarət etmək üçün Çinə səyahət edən zəvvarlardır. Adhikari bildirib: "Bir neçə nəfər istisna olmaqla, hələ ki, onlarla əlaqə saxlaya bilməmişik".
Turistlərə xidmət göstərən digər Nepal trekinq şirkətləri bildiriblər ki, fəlakət zonasında ABŞ, Böyük Britaniya, Cənubi Afrika və Malayziya vətəndaşları ola bilər.