Neftin qiyməti ucuzlaşıb

İqtisadiyyat

14.01.2022 - 11:11

Azərbaycan neftinin bir bareli 88,12 dollara satılır

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,03 dollar artaraq 84,50 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,15 dollar azalaraq 81,97 dollar olub.

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,33 dollar azalaraq 88,12 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin qiyməti yanvarın 13-də ötən il rekordunu yeniləyərək 88,45 dollar olub.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə