Neftimiz dəyər itirib

İqtisadiyyat

29.12.2023 - 10:47

"Azeri Light" 2 faizə yaxın ucuzlaşıb

Dünya bazarlarında Azərbaycan nefti neftu ucuzlaşıb. AYNA xəbər verir ki, "Azeri Light" (CIF) markalı neftin 1 bareli üzrə qiyməti 1,64 dollar və ya 1,94% düşərək, 82,87 ABŞ dolları təşkil edir.

Qeyd edək ki, 2022-ci ildə “Azeri Light” (CIF) markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il “Azeri Light” (CIF) nefti 44,6% bahalaşıb.

Müəllif: Ayna.az