“Neftçi” yenə qələbə qazana bilməyib

İdman

05.12.2021 - 19:31

Həkimlər Klinikalar SEO Xidməti

Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı yerdə qərarlaşıb

Dekabrın 5-də futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

AYNA xəbər verir ki, "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Baş hakim Vüqar Həsənlinin idarə etdiyi görüş qolsuz yekunlaşıb. Sönük məcrada keçən ilk yarıda tərəflər, demək olar ki, təhlükəli vəziyyət yarada bilməyiblər.

Fasilədən sonrakı azsaylı qol epizodlarında isə son nöqtəni qoymaq mümkün olmayıb.

Beləliklə, "Neftçi" son 5 oyunda 4-cü qarşılaşmasında qalib gələ bilməyib və 21 xalla 4-cü pillədə qalıb. Xalını 12-yə çatdıran "Sumqayıt" isə 6-cı yerdə qərarlaşıb.

Qeyd edək ki, ilk oyun günündə "Keşlə" evdə "Səbail"lə 2:2 hesablı heç-heçəyə razılaşıb. Digər görüşdə isə "Qarabağ" "Sabah"ı darmadağın edib - 5:1. 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş