“Qara qızıl” dəyər itirir
Dünya birjasında “qara qızıl”ın dəyəri düşüb. AYNA.AZ xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin iyun müqaviləsinin dəyəri 1,36% azalıb - 1 barelə görə 64,59 ABŞ dolları təşkil edib.
Bundan əlavə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 1,17% azalaraq 61,62ABŞ dollarına bərabər olub.