Neft ucuzlaşıb

İqtisadiyyat

11.10.2024 - 11:09

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 80 dolları ötüb

Dünya birjalarında neft ucuzlaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,25 dollar azalaraq 79,15 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,16 dollar azalaraq 75,69 dollar təşkil edib.

Azərbaycan nefti isə bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,36 dollar və ya 1,72 faiz artaraq 80,38 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az