Neft qiymətləri bahalaşıb

İqtisadiyyat

07.12.2021 - 12:19

Azərbaycan neftinin qiyməti 73 dolları ötüb

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,98 dollar artaraq 74,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,17 dollar bahalaşaraq 70,66 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,50 dollar artaraq 73,26 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

 

Müəllif: Ayna.az