Neft qiymətləri bahalaşıb

İqtisadiyyat

02.12.2021 - 12:33

Azərbaycan neftinin qiyməti 73 dollara yaxınlaşır

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,91 dollar artaraq 69,78 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,90 dollar bahalaşaraq 66,47 dollar olub.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,12 dollar artaraq 72,86 dollar olub.

Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.

Müəllif: Ayna.az