Neft bahalaşıb

İqtisadiyyat

27.10.2023 - 11:42

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşır

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,57 dollar artaraq 89,5 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,47 dollar bahalaşaraq 84,68 dollar təşkil edib.

Azərbaycan nefti də bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,48 dollar artaraq 92,87 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş