Neft bahalaşıb

İqtisadiyyat

27.07.2023 - 11:31

Həkimlər Klinikalar SEO Xidməti

“Azeri Light” markalı neftin qiyməti 87 dolları ötüb

Dünya birjalarında neft bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,65 dollar artaraq 83,57 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,75 dollar bahalaşaraq 79,53 dollar təşkil edib.

Azərbaycan neftinin də qiyməti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,88 dollar artaraq 87,76 dollar olub.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin payı 25 faizdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş