Nazir Vaqif Dərgahlı və Anar Eyvazovu yeni vəzifəyə təyin edib

Xəbərlər

01.09.2021 - 13:13

Zakir Həsənov əmr imzalayıb

 

Müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə nazirliyin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

 

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

 

Nazirin digər əmri ilə polkovnik-leytenant Anar Eyvazov Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub.

 

Həmçinin Mətbuat Xidmətinin rəisi vəzifəsi Anar Eyvazova həvalə edilib.

 

Müəllif: Ayna.az