“Hər iki ölkə Şərqlə Qərb arasında yük daşımalarında əsas rol oynayır”
“İran və Türkiyə Şərqlə Qərb arasında enerji daşımaları və yük daşımalarında əsas rol oynayırlar”. AYNA xəbər verir ki, bnu sözləri Tehranda Türkiyənin Cümhuriyyət Gününə həsr olunmuş tədbirdə İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq deyib.
Nazirin sözlərinə görə, İran və Türkiyənin coğrafi mövqeyi Asiya ilə Avropa arasında körpü rolunu oynayır, regional və beynəlxalq yük və tranzit şəbəkələrinin gücləndirilməsi üçün əvəzolunmaz imkan yaradır.
Sadiq qeyd edib ki, İran və Türkiyə arasında müxtəlif sahələrdə əməkdaşlıq regionda sülh və sabitliyi gücləndirəcək: “İran daim Türkiyə ilə siyasi, iqtisadi, mədəni, elmi və təhlükəsizlik sahələrində əlaqələri inkişaf etdirməyə çalışır”.