Nazir: “Ermənistandan Minsk Qrupunun ləğvi ilə bağlı konkret addımlar gözləyirik”

Xəbərlər

25.04.2025 - 14:56

Həkimlər Klinikalar SEO Xidməti

Ceyhun Bayramov: “Ermənistan Konstitusiyasında Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir”

“Azərbaycanın mövqeyi yeni deyil və bu mövqe beynəlxalq hüquqa əsaslanır. Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan müddəaların, habelə Azərbaycan torpaqlarına dair iddiaların aradan qaldırılması vacibdir. Eyni zamanda, Ermənistan tərəfindən artıq fəaliyyətsiz olan ATƏT-in Minsk Qrupunun ləğvi ilə bağlı da konkret addımların atılması gözlənilir”.

AYNA.AZ xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla aprelin 25-də keçirdiyi birgə mətbuat konfransında deyib.

Kallasla müzakirələr çərçivəsində geniş coğrafiyada təhlükə yaradan münaqişələr və onların region ölkələrinə təsiri məsələlərinə də toxunduqlarını bildirən azərbaycanlı nazir əlavə edib: “Bütün bu fikir mübadiləsi fonunda Cənubi Qafqazla bağlı məlumat verdim. Ermənistanla münasibətlərin normallaşması istiqamətində son inkişaflar barədə də qarşı tərəfi məlumatlandırdım. Bu mövzular kontekstində son iki il yarım ərzində Azərbaycanın təşəbbüsü ilə başlayan sülh danışıqları, sülh sazişi mətni üzrə razılığın əldə olunması və ümumilikdə danışıqların gedişatı ilə bağlı geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda, Azərbaycanın Ermənistandan gözləntiləri də ətraflı müzakirə olundu”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş