NATO: Rusiya-Ukrayna sərhədində deeskalasiya əlamətləri müşahidə edilmir

Dünya

16.02.2022 - 14:17

Həkimlər Klinikalar SEO Xidməti

Baş katib: "Orada 100 mindən çox əsgər var, lakin son həftələrdə onların sayı artır"

Şimali Atlantika Alyansı (NATO) hələlik Ukrayna ətrafında münaqişənin deeskalasiyası əlamətlərini müşahidə etmir. AYNA TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

"Kreml gərginliyin diplomatik yolla nizamlanmasına hazır olduğuna işarə edir. Bununla belə, NATO Rusiyanın Ukraynaya hücumunun qarşısını almaq üçün Moskvanın təcavüzkar planlarını pisləməkdə davam edəcək", - deyə Stoltenberq vurğulayıb. 

Bundan başqa, Stoltenberq Ukrayna sərhədləri yaxınlığındakı Rusiya qüvvələrinin sayı barədə dəqiq məlumat verməyib: "Dəqiq rəqəm deyə bilmərik. Mən bayaq dedim ki, orada 100 mindən çox əsgər var, lakin son həftələrdə onların sayı artır”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş