“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək”

Dünya

29.01.2022 - 04:17

Həkimlər Klinikalar SEO Xidməti

Stoltenberq: "Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək"

NATO öz silahlı qüvvələrini Ukraynaya yerləşdirməyəcək. NATO-nun kollektiv təhlükəsizliklə bağlı Vaşinqton sazişinin 5-ci maddəsi üzv ölkələrə şamil edilir.

AYNA-nın xəbərinə görə, bu açıqlama ilə NATO-nun Baş katibi Yens Stoltenberq onlayn konfransda çıxış edib.

“NATO qoşunlarını Ukraynaya yerləşdirməyəcək. 5-ci maddə partnyor ölkəyə münasibətdə tətbiq edilə bilməz. NATO-nun öz ərazisini mühafizə etməsi ilə Ukraynaya hərbçi hazırlığında kömək etməsi və silah göndərməsini dəqiq fərqləndirmək lazımdır, deyə Baş katib əlavə edib.

“Rusiya öz sərhədlərində daha az NATO qüvvəsi görmək istəyir. Halbuki, Ukraynaya hücum olacağı təqdirdə bunun tam əksi baş verəcək”, - deyə Stoltenberq vurğulayıb.

NATO rəhbəri bildirib ki, Alyans Ukrayna ətrafındakı gərginliyin diplomatik yolla həllinin tərəfdarıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş