“NATO-Gürcüstan – 2022” adlı hərbi təlim keçiriləcək

Dünya

13.03.2022 - 14:46

Həkimlər Klinikalar SEO Xidməti

Təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək

Martın 20-dən 25-dək Tbilisidə NATO-Gürcüstan Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) “NATO-Gürcüstan – 2022” adlı hərbi təlim keçiriləcək. AYNA gürcü mediasına istinadən bildirir ki, bu barədə Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, təlimlərdə NATO-ya üzv və tərəfdaş 23 ölkə iştirak edəcək. Təlimlər zamanı iştirakçılar kompüter simulyasiyaları vasitəsilə NATO əməliyyatlarının planlaşdırılması üçün lazımi bacarıqları inkişaf etdirəcəklər.

Qeyd edək ki, ilk NATO-Gürcüstan təlimi 2016-cı ildə keçirilib və bu, üçüncü təlimdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş