Narkotikin təsiri altında avtomobil idarə edənlər saxlanılıblar

Xəbərlər

29.05.2024 - 13:25

Həkimlər Klinikalar SEO Xidməti

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilib

Oğuz Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər müəyyən olunublar. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Qeyd olunub ki, S.Mustafayev, İ.Hüseynov, F.Qasımov və E.Bəşirov idarə etdikləri avtomobillərlə yol-hərəkəti qaydalarını pozduqları üçün polis əməkdaşları tərəfindən nəzarət qaydasında saxlanılıblar.

Yoxlamalar zamanı onların narkotik vasitənin təsiri altında olmalarına dair şübhələr olduğundan müayinədən keçiriliblər. Müayinənin də nəticəsinə əsasən həmin şəxslərin narkotik vasitədən istifadə etdikləri məlum olub.

İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Müəllif: Ayna.az