Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

Xəbərlər

07.02.2022 - 16:51

Həkimlər Klinikalar SEO Xidməti

Sürücünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib

Ağdam Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Faiq Hüseynovun idarə etdiyi VAZ-2109 markalı avtomobil qayda pozuntusuna yol verdiyinə görə saxlanılıb. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan AYNA-ya verilən məlumata görə, nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri şübhə doğurduğundan tibbi müayinədən keçirilib. 

Müayinənin nəticəsinə əsasən, onun narkotik vasitə olan marixuana qəbul etdiyi məlum olub. F.Hüseynov barəsində toplanmış materiallar rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə o, 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş