"Narkomaniyaya yox deyək!" - ATU-da maarifləndirici tədbir keçirilib

Xəbərlər

26.04.2022 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

Narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris İdman Kompleksində "Narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici tədbir keçirilib. AYNA-nın xəbərinə görə, əvvəlcə Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin banneri qarşısına çiçəklər düzülüb, şəhidlərimizin ruhuna ehtiram ifadə olunub. 

Tədbirdə ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov, Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AMADA-nın hüquqşünası Gülnaz Ələsgərova, Gənclər və İdman Nazirliyinin seleksiya üzrə baş mütəxəssisi Elvin Zeynallı, ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuçeri Lalei və Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim psixiatrı Ramil Hüseynzadə mövzu ətrafında çıxış ediblər. 

Çıxış edən ekspertlər narkomaniya və zərərli vərdişlərin fəsadları haqqında tədbir iştirakçılarına geniş məlumat verib, yeniyetmə gəncləri zərərli vərdişlərdən uzaq durmağa çağırıblar. Çıxışlar zamanı narkomaniyanın insan sağlamlığına, mənəviyyatına və psixologiyasına törətdiyi fəsadlar haqqında geniş bəhs edilib.

Diqqətə çatdırılıb ki, zərərli vərdişlərdən uzaq, təhsil yönümlü, savadlı, uğurlu və sağlam gəncliyin formalaşdırılması dövlətimizin daim diqqət mərkəzindədir.

Sonda ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Teatr Klubunun ifasında "Bir idmançının taleyi" tamaşası nümayiş olunub.  

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş