“Napoli” 33 il sonra İtaliya çempionu olub

İdman

05.05.2023 - 03:47

Həkimlər Klinikalar SEO Xidməti

Neapollular sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib

İtaliya A Seriyasında 2022/23 mövsümünün qalibi müəyyənləşib. AYNA xəbər verir ki, “Napoli” sona 5 tur qalmış çempionluğu rəsmiləşdirib.

Luçano Spalettinin komandası buna 33-cü turda səfərdə “Udineze” ilə heç-heçə (1:1) etməklə nail olub. Neapollular 13-cü dəqiqədə Sandi Lovriçin qolu ilə hesabda geri düşsələr də, 52-ci dəqiqədə Viktor Osimhen bərabərliyi təmin edib.

Bu nəticədən sonra xallarını 80-ə çatdıran “Napoli” ən yaxın izləyicisi “Latsio” ilə fərqi 16-ya yüksəldib. Qalan 5 matçda romalıların bu fərqi aradan qaldırması mümkünsüzdür.

 “Napoli” tarixində 3-cü dəfə İtaliyanın ən güclüsü olub. Klub sonuncu dəfə 33 il əvvəl - 1989/90 mövsümündə ölkə çempionu olmağı bacarmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş