Müğənni və rəqqasənin ölümü ilə bağlı araşdırma aparılır - RƏSMİ

Hadisə

19.02.2023 - 20:26

Baş Prokurorluq hadisə barədə məlumat yayıb

Gəncədə 1989-cu il təvəllüdlü Əliyev Turxan Tofiq oğlunun və 2000-ci il təvəllüdlü Abdullayeva Aytən Elsəvər qızının meyitlərinin tapılması ilə bağlı şəhər prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal hadisə yerinə baxış keçirilib.

Meyitlər Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə Şəhər Şöbəsinə təhvil verilib.

Hazırda Gəncə Şəhər Prokurorluğunda Turxan Əliyev və Aytən Abdullayevanın ölüm səbəbi araşdırılır.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə