Müəllimlərin yerdəyişməsi ilə bağlı vakansiya seçiminə başlanılıb

Xəbərlər

28.04.2023 - 12:42

cedabet dərman SEO Xidməti

Vakansiya seçimində elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər

Bu gün saat 11:00-da Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilib.

Nazirlikdən AYNA-ya verilən məlumata görə, vakansiya seçimində müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi qəbul olunmuş namizədlər iştirak edə bilərlər.

Vakansiya seçimi üçün elektron sistem 2 may saat 11:00-dək aktiv olacaq və namizədlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş