Müəllimlərin daimiləşdirilməsi üçün müsahibələrə başlanılıb

Xəbərlər

26.04.2022 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Apellyasiya müsahibələri aprelin 26-27-də keçiriləcək

Aprelin 26-dan etibarən dövlət ümumi təhsil müəssisələrində müddətli müqavilə əsasında çalışan müəllimlərin daimiləşdirilməsi müsabiqəsinin apellyasiya müsahibələrinə başlanılıb. Bu barədə AYNA-ya Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müddətsiz müqavilə əsasında çalışmaq istəyən namizədlərin apellyasiya müsahibələri aprelin 26-27-də keçiriləcək. Onlayn təşkil olunan müsahibələrdə iştirak edən namizədlərin müvafiq komissiya tərəfindən peşəkar kompetensiyaları, psixoloji hazırlığı və ümumi dünyagörüşü müsahibə proqramına uyğun olaraq yoxlanılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş