Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi ehtiyata buraxılıb

Xəbərlər

29.05.2024 - 16:19

Həkimlər Klinikalar SEO Xidməti

İdarənin rəisi vəzifəsi Anar İsmayılova həvalə olunub

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi, tibb xidməti general-mayoru Firudin Nəbiyev ehtiyata buraxılıb. AYNA xəbər verir ki, bununla bağlı nazir Zakir Həsənov əmr imzalayıb.

Əmrə əsasən, o, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müvafiq bəndinə əsasən, həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdığına görə istefaya göndərilib.

Nazirin digər əmri ilə Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsi idarə rəisinin müavini, polkovnik-leytenant Anar İsmayılova həvalə olunub.

Müəllif: Ayna.az