Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - VİDEO

Xəbərlər

26.06.2023 - 13:40

cedabet dərman SEO Xidməti

Bütün şəhidlərimizin ruhları dərin hörmət və ehtiramla anılıb

Silahlı Qüvvələr Günü münasibətilə iyunun 26-da Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi hörmət və ehtiramla anılıb.

Müdafiə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini də yad edib.

Sonra Şəhidlər xiyabanına gələn nazirliyin rəhbər heyəti ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarlarını ziyarət edərək “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Bütün şəhidlərimizin ruhları dərin hörmət və ehtiramla anılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş