“Məlumatı qəti surətdə təkzib edirik”
Azərbaycan Müdafiə Nazirliyi Ermənistan tərəfinin dezinformasiya yaydığını bildirib. Bu barədə AYNA-ya nazirlikdən bildirilib.
“Azərbaycan Ordusunun bölmələrinin guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması və iki nəfərin yaralanması barədə Ermənistan tərəfinin yaydığı məlumatı qəti surətdə təkzib edirik”, - deyə nazirliyin məlumatında qeyd olunur.