Müdafiə Nazirliyi: döyüş sursatlarının utilizasiyası davam etdirilir

Xəbərlər

10.05.2022 - 12:44

cedabet dərman SEO Xidməti

Partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi 11.05.2022-ci il tarixdən 14.05.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş