“Varşavanın məqsədi güclü Polşa ordusu yaratmaqdır ki, Rusiya ölkəyə hücum etməyə cəsarət etməsin”
“İki ildən sonra Polşa ordusu Avropanın ən güclü ordusuna çevriləcək”. AYNA xarici mediaya istinadən bildirir ki, bu vədlə Polşanın Baş nazirinin müavini və müdafiə naziri Mariuş Blaşçak çıxış edib.
Nazirin sözlərinə görə, Varşavanın məqsədi güclü Polşa ordusu yaratmaqdır ki, Rusiya ölkəyə hücum etməyə cəsarət etməsin: “İnanıram ki, biz iki il ərzində Avropada təcavüzkarı qorxutacaq ən güclü quru ordusunu yaratmaq üçün düzgün yoldayıq”.
Bundan əvvəl Polşa Daxili İşlər Nazirliyinin rəhbəri Mariuş Kaminski bildirmişdi ki, Polşa Rusiyanın Kalininqrad vilayəti ilə sərhədində müasir dövrdə görünməmiş elektron hasarın tikintisinə başlayıb. O qeyd edib ki, hasar vəziyyətə nəzarət etmək üçün gecə-gündüz görmə kameraları və hərəkət sensorları ilə təchiz olunacaq.