Müdafi Nazirliyi məlumat yayıb

Xəbərlər

17.08.2023 - 23:36

Nazirlik: "Ordumuzun Ermənistanın mövqelərini atəşə tutması barədə məlumat yalandır"

Avqustun 17-si saat 21:15-dən 21:30-dək Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə AYNA-ya Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

"Ermənistan Müdafiə Nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik", - Azərbaycanın Müdafiə Nazirliyindən qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş